Azərbaycanın qeyri-neft sektoru üzrə ixracı 11%-dən çox artıb

2025-ci ilin yanvar-iyul aylarında Azərbaycanın qeyri-neft sektoru üzrə ixracı 2024-cü ilin müvafiq dövrü ilə müqayisədə 11.4% artaraq 2.09 milyard ABŞ dolları təşkil edib. 2025-ci ilin yanvar-iyul aylarında yeyinti məhsulları 23,9% artaraq 689 milyon ABŞ dollarına bərabər olub.
Bu barədə Crossmedia.az İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin (İİTKM) dərc etdiyi “İxrac icmalı”nın avqust sayınına istinadən xəbər verir.
Məlumata görə, 2025-ci ilin yanvar-iyul aylarında ixrac olunan şəkər ötən ilin müvafiq dövrünə nəzərən 10,9 milyon ABŞ dolları və ya 55,1%, meyvə-tərəvəz 122,6 milyon ABŞ dolları və ya 31,9%, kimya sənayesi məhsulları 45,2 milyon ABŞ dolları və ya 30,4%, qara metallar və onlardan hazırlanan məmulatlar 8,6 milyon ABŞ dolları və ya 19,1%, pambıq iplik 2,6 milyon ABŞ dolları və ya 18,2%, çay 317 min ABŞ dolları və ya 8,8% artıb.
2025-ci ilin yanvar-iyul aylarında aqrar məhsullar 27.9% artaraq 551,4 milyon ABŞ dolları, aqrar-sənaye məhsulları 7,3% artaraq 178.8 milyon ABŞ dollarına bərabər olub. Bütövlükdə aqrar və aqrar-sənaye məhsullarının birgə ixracı 22.1% artaraq 730,2 milyon ABŞ dolları təşkil edib.
17:34 08.08.2025
Oxunuş sayı: 829