“Azərişıq”dan Ələt Azad İqtisadi Zonası üzrə elektrik veriliş xətləri ilə bağlı 11,1 milyon manatlıq LAYİHƏ

Hacıqabul və Salyan rayonları ərazisində Ələt Azad İqtisadi Zonası üçün ayrılmış ərazilərə düşən elektrik verilişi xətləri və qurğuları köçürüləcək.
Crossmedia.az xəbər verir ki, bu işlər çərçivəsində, həmçinin, perspektiv kabel kanallarının quraşdırılması işləri də aparılacaq.
Belə ki, “Azərişıq” Açıq Səhmdar Cəmiyyəti (ASC) bununla bağlı müvafiq işlərə start verib.
ASC hazırda sözügedən işləri icra edəcək şirkət axtarışındadır.
Eyni zamanda, ASC qeyd olunan işlərin 11,1 milyon manata başa gələcəyini proqnozlaşdırıb.
09:21 08.08.2025
Oxunuş sayı: 921