Zirə kəndinin bəzi hissələrində işıq olmayacaq

Bu gün Bakının Xəzər rayonunun Zirə
kəndinin bəzi hissələrində elektrik enerjisinin verilişində fasilə yaranacaq.
Crossmedia.az xəbər verir ki, bu
barədə “Azərişıq” ASC-dən məlumat yayıb.
Bildirilib ki, Zirə Enerji Təchizatı
və Satışı İdarəsinin (ETSİ) ərazisində 35 kV-luq hava xəttində avqustun 7-də təmir-bərpa
işləri aparılacaq. Bununla əlaqədar olaraq saat 10:00-dan saat 12:00-dək Zirə kəndinin
bəzi hissələrində elektrik enerjisinin verilişində məhdudiyyət yaranacaq.
İşlər yekunlaşdıqdan sonra həmin ərazi
daha keyfiyyətli elektrik enerjisi ilə təmin olunacaq.
10:44 07.08.2025
Oxunuş sayı: 731