Umud Şükri: "Azərbaycan Suriyaya qaz tədarükü ilə Yaxın Şərqdə mövqeyini gücləndirir"

Azərbaycan Suriyaya təbii qaz tədarükünə başlamaqla strateji addım atıb və bu, regionda qüvvələr balansını dəyişə və ölkənin Yaxın Şərqdə təsirini gücləndirə bilər.
Crossmedia.az xəbər verir ki, bu barədə enerji sahəsində ekspert və Corc Meyson Universitetinin (ABŞ) baş elmi əməkdaşı doktor Umud Şükri “Attaqa” nəşri üçün yazdığı məqaləsində bildirib.
"Azərbaycan qazının Suriyaya tədarükü geosiyasi təsir və iqtisadi maraqları birləşdirən mükəmməl regional strategiyanın bir hissəsidir. Azərbaycan öz enerji diplomatiyasını Avropa və Xəzər regionu hüdudlarından kənara genişləndirməklə Türkiyə vasitəsilə Yaxın Şərq bazarına çıxır", - o qeyd edib.
13:50 05.08.2025
Oxunuş sayı: 777