Bakının Biləcəri və Kürdəxanı qəsəbələrində qaz olmayacaq

Bakının
Binəqədi və Sabunçu rayonlarının bəzi qəsəbələrində bu gün qaz təchizatı
dayandırılacaq.
Crossmedia.az
xəbər verir ki, Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat
Birliyi bu barədə məlumat yayıb.
Məlumata
görə Binəqədi rayonu, Biləcəri qəsəbəsində və Sabunçu rayonu, Kürdəxanı qəsəbəsində
görüləcək təmir işləri ilə əlaqədar avqustun 5-də saat 10:00-dan etibarən qaz təchizatı
dayandırılacaq.
Təmir
işləri aparılan müddətdə Biləcəri qəsəbəsinin A.Zeynallı, Q.Məmmədov, Ş.İ.Xəqani,
M.Hüseynzadə və İ.Kərimov küçələrinin, Kürdəxanı qəsəbəsinin isə V. Əliyev,
X.Əzimov, H.Hacıyev və Ə.Məlikov küçələrinin qaz təchizatında müvəqqəti fasilə
yaranacaq.
09:52 05.08.2025
Oxunuş sayı: 815