Rusiyada benzin qıtlığı yarana bilər

İxracata qoyulan qadağaya baxmayaraq, Rusiya bazarında yanacaq çatışmazlığı müşahidə olunur: daxili ehtiyatlar azdır, mövsümi tələbat yüksəkdir və neft emalı zavodları (NEZ) təmir prosesindədir. Treyderlərin sözlərinə əsasən, ixracın tamamilə dayandırılması belə ölkədaxili tələbatı tam ödəməyə yetməyəcək.
Crossmedia.az xarici mətbuata istinadən xəbər verir ki, gözlənildiyinə görə, hakimiyyət neft şirkətlərini daxili bazara tədarükü artırmağa və zavodlarda planlaşdırılmış texniki xidmətləri təxirə salmağa məcbur edəcək.
Vəziyyəti daha da ağırlaşdıran amillərdən biri də tez-tez təxirə salınan aviareyslər olub — nəticədə çox sayda Rusiya vətəndaşı avtomobilə keçib. Benzin qıtlığının sentyabra qədər davam etməsi istisna edilmir.
Pərvin Hacıyeva
13:41 03.08.2025
Oxunuş sayı: 761