Bakı və Abşeronda 40, Naxçıvanda 41 dərəcə isti qeydə alınıb - FAKTİKİ HAVA

Saat 10:00-a olan məlumata əsasən ölkə ərazisində isti hava şəraiti davam edib.
Crossmedia.az xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat verib.
Havanın maksimal temperaturu Bakıda və Abşeron yarımadasında eləcə də Aran rayonlarında 40, dağlıq rayonlarda 30, Naxçıvan MR-da isə 41 dərəcəyədək isti qeydə alınıb.
10:43 03.08.2025
Oxunuş sayı: 1327