Sabah Sabunçunun bəzi ərazilərində qaz olmayacaq

Sabunçu
rayonunun bəzi ərazilərinin qaz təchizatı müvəqqəti dayandırılacaq.
Crossmedia.az
xəbər verir ki, bu barədə Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz”
İstehsalat Birliyi məlumat yayıb.
Məlumata
görə Sabunçu rayonu ərazisindəki qaz kəməri üzərində aparılacaq təmir-quraşdırma
işləri ilə əlaqədar avqustun 1-də saat 10:00-dan etibarən "Yeni
Zabrat" ölçü qovşağında qaz təchizatının dayandırılması planlaşdırılır.
Təmir
işləri aparılan müddətdə Sabunçu rayonunun II Zabrat qəsəbəsinin bir hissəsinin
qaz təchizatında müvəqqəti fasilə yaranacaq.
19:54 31.07.2025
Oxunuş sayı: 1393