SOCAR İMF ilə bərpa olunan enerji və qaz ixracı infrastrukturunu müzakirə edib

Azərbaycan
Dövlət Neft Şirkəti (SOCAR) və Beynəlxalq Valyuta Fondu (İMF) arasında bərpa
olunan enerji və qaz ixracı infrastrukturu barədə qarşılıqlı fikir mübadiləsi
aparılıb.
Crossmedia.az
xəbər verir ki bu barədə SOCAR məlumat yayıb.
Bildirilib
ki, bu müzakirələr SOCAR-da İMF-nin Azərbaycan üzrə missiyasının rəhbəri Anna
Bordonun rəhbərlik etdiyi nümayəndə heyəti ilə keçirilən görüşdə aparılıb.
Görüşdə neft-qaz sektorunun inkişaf dinamikası, hasilat proqnozları, investisiyalar və enerji keçidi çərçivəsində görülən işlərdən söz açılıb.
O cümlədən bərpa olunan enerji və qaz ixracı infrastrukturu və digər sahələr barədə qarşılıqlı fikir mübadiləsi aparılıb.
17:27 28.07.2025
Oxunuş sayı: 1030