Sabah Bakıda 37, rayonlarda 40 dərəcə isti olacaq – PROQNOZ

İyulun
29-da Azərbaycanda 40 dərəcə isti gözlənilir.
Crossmedia.az
xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.
Bakıda
və Abşeron yarımadasında havanın əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin
28-dən 29-na keçən gecə və səhər bəzi şəhərətrafı ərazilərdə qısamüddətli az
yağış yağacağı ehtimalı var. Mülayim şimal-qərb küləyi gündüz şimal-şərq küləyi
ilə əvəz olunacaq.
Havanın
temperaturu gecə 23-27° isti, gündüz 32-37° isti olacaq. Atmosfer təzyiqi
normadan aşağı 754 mm civə sütunu, nisbi rütubət gecə 70-80 %, gündüz 45-55 % təşkil
edəcək.
Azərbaycanın
rayonlarında havanın əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin gündüz bəzi
dağlıq ərazilərdə qısamüddətli leysan xarakterli yağış yağacağı, şimşək
çaxacağı, dolu düşəcəyi, gecə və səhər arabir duman olacağı ehtimalı var.
Mülayim şərq küləyi əsəcək.
Havanın
temperaturu gecə 22-26° isti, gündüz 35-40° isti, dağlarda gecə 10-15° isti,
gündüz 22-27° isti olacaq.
12:38 28.07.2025
Oxunuş sayı: 804