“Naftogaz” SOCAR-la Azərbaycan qazının alınması ilə bağlı ilk sazişi imzalayıb

Ukraynanın "Naftogaz" Şirkətlər Qrupu Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) qrupuna daxil olan “SOCAR Energy Ukraine” şirkəti ilə Azərbaycan təbii qazının alınması haqqında ilk müqaviləni imzalayıb.
Crossmedia.az bu barədə "Naftogaz"ın məlumatına istinadən xəbər verir.
Şirkətdən
bildirilib ki, ilk dəfə olaraq Azərbaycan qazının Bolqarıstan-Rumıniya-Ukrayna
dəhlizi üzərindən Transbalkan marşrutu ilə sınaq tədarükü həyata keçirilir.
"Bu,
həcm baxımından kiçik, lakin strateji cəhətdən mühüm addımdır və uzunmüddətli əməkdaşlığa
yol açır. Bu saziş, həmçinin tədarük mənbələrinin şaxələndirilməsi və
Ukraynanın enerji təhlükəsizliyinin gücləndirilməsinin daha bir nümunəsidir",
- "Naftogaz"ın baş direktoru Sergey Koretski sövdələşməni belə şərh
edib.
"Göstərdikləri
etimada görə Azərbaycandan olan həmkarlarımıza təşəkkür edirik", deyə - o əlavə
edib.
10:45 28.07.2025
Oxunuş sayı: 1113