Bu ərazidə qaz olmayacaq

Qəbələ rayonu ərazisində qazın verilişində fasilə yaranacaq.
Crossmedia.az xəbər verir ki, bu barədə Zaqatala Regional Qaz İstismarı İdarəsi məlumat yayıb.
Bildirilib ki, Zaqatala RQİİ-nin Qəbələ xidmət sahəsinin ərazisində Qəbələ rayonu, Vəndam qəsəbəsində Samir Sabir oğlu Məsimova məxsus torpaq sahəsinin qarşısından keçən d-76 mm-lik orta təzyiqli qaz xəttinin yerinin dəyişdirilməsi məqsədi ilə 28.07.2025-ci il tarixdə saat 10:00-dan işlər yekunlaşanadək Vəndam qəsəbəsinin bir hissəsində 342 abonentin qaz təchizatının daxildən dayandırılması planlaşdırılır.
İşlər başa çatdırıldıqdan sonra qazın verilməsi bərpa olunacaq.
09:45 26.07.2025
Oxunuş sayı: 858