SOCAR-ın 2025-ci il üzrə büdcəsi təsdiq edilib

Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) Müşahidə Şurasının növbəti iclası keçirilib.
Crossmedia.az-ın xəbər verir ki, bu barədə SOCAR məlumat yayıb.
Qeyd edilib ki, Müşahidə Şurasının sədri, iqtisadiyyat naziri Mikayıl Cabbarovun sədrliyi ilə keçirilən iclasda ilk öncə SOCAR-ın 2024-cü il üzrə audit olunmuş maliyyə və əməliyyat nəticələri müzakirə olunub, Müşahidə Şurasının son əyani iclasında baxılan bir sıra məsələlərə dair məlumatlar təqdim edilib.
Bildirilib ki, SOCAR-ın 2025-ci ilin tam konsolidasiya olunmuş və dürüstləşdirilmiş büdcəsi müzakirə olunaraq təsdiq edilib, habelə şirkətin 2025-ci ilin 6 aylıq dövrü üzrə fəaliyyətinin nəticələrinə baxılıb.
İclasda, həmçinin SOCAR tərəfindən icrası nəzərdə tutulan bir sıra layihələrlə bağlı məlumatlar təqdim olunub.
10:30 26.07.2025
Oxunuş sayı: 1245