Bəzi yerlərdə leysan yağıb, şimşək çaxıb - FAKTİKİ HAVA

İyulun 19-na olan faktiki hava açıqlanıb.
Crossmedia.az Milli Hidrometeorologiya Xidmətinə istinadən xəbər verir ki, iyulun 19-u saat 11:00-a olan məlumata əsasən, əksər rayonlarda hava şəriati əsasən yağmursuz keçib, lakin axşam saatlarında bəzi dağlıq rayonlarda qısamüddətli leysan xarakterli yağış yağıb, şimşək çaxıb.
Yağıntının miqdarı
Düşən yağıntının miqdarı Kəlbəcər, Biləsuvar, Lerik, Lənkəran, Astarada 1 mm-dir.
Küləyin maksimal sürəti
Bəzi yerlərdə şimal-şərq küləyi əsib. Küləyin maksimal sürəti Culfada 20, Goranboyda 19, Naftalanda 16 m/s-yə çatıb.
Havanın maksimal temperaturu
Havanın maksimal temperaturu Bakıda və Abşeron yarımadasında 36, Naxçıvan MR-da 38, Aran rayonlarında 39, dağlıq rayonlarda 31 dərəcəyədək isti qeydə alınıb.
12:22 19.07.2025
Oxunuş sayı: 919