Sabirabadın 21 kəndi qazsız qalacaq

Sabirabadın bəzi kəndlərinin qaz təchizatında fasilə yaranacaq.
Crossmedia.az xəbər verir ki, bu barədə Salyan Regional Qaz İstismarı İdarəsi məlumat yayıb.
Bildirilib ki, diametri 315 mm olan "Nərimankənd-Ulacalı" ortatəzyiqli yeraltı qaz kəmərində və üzərindən ayrılan qollarında kipliyin sınağı məqsədilə əlaqədar 16.07.2025-ci il saat 10:00-dan etibarən sınaq işləri başa çatanadək Sabirabad rayonunun 21 kəndində - Nərimankənd, Qaratəpə, Yastıqobu, Əhmədabad, Ulacalı, Mürsəlli, Şıxlar, Qaralar, Məmişlər, Kürkəndi, Əsədli, Qəfərli, Suqovşan, Bulduq, Ətçələr, Həşimxanlı, Axtaçı-Muğan, Qaratoğay, Osmanlı, Şıxsalahlı, Qaragüney kəndlərində (ümumi 9 638 abonent) "Nərimankənd" QPS-dən qidalanan "Nərimankənd" ölçü qovşağından qaz təchizatının dayandırılması planlaşdırılır.
18:00 15.07.2025
Oxunuş sayı: 708