Proqnoz: Sabah durğun və diskomfort hava şəraiti müşahidə olunacaq

Abşeron yarımadasında iyulun 15-də durğun və qızmar diskomfort hava şəraiti gözlənilir.
Crossmedia.az xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidmətindən bildirilib. Məlumata görə, sabahkı hava əhali üçün əlverişsizdir.
"Günorta saatlarında uzun müddət açıq havada qalmaq məsləhət deyil", - məlumatda qeyd olunub.
19:25 14.07.2025
Oxunuş sayı: 739