SOCAR-ın Etilen-Polietilen və Polimer Zavodlarının qurğuları dayandırılıb

Sumqayıt şəhərindəki “Azərikimya” İB-nin Etilen-Polietilen Zavodunun texnoloji rejimində (qaz sərfölçənində) nasazlıq yarandığı üçün Etilen-Polietilen Zavodu və eyni emal zənciri üzərində olan SOCAR Polimer Zavodunun qurğuları dayandırılıb.
Bu barədə Crossmedia.az-a Azərbaycan Dövlət Neft Şirkətindən (SOCAR) məlumat verilib.
Bildirilir ki, zavodların məşəllərində yanma və tüstülənmə müşahidə olunur. Zavodların yenidən işə buraxılması istiqamətində hazırlıq işləri görülür.
16:41 12.07.2025
Oxunuş sayı: 825