Sabah Bakının bu rayonunda qaz kəsiləcək

Sabah Bakının Yasamal rayonunda qaz kəsiləcək.
Crossmedia.az xəbər verir ki, bu barədə "Azəriqaz" məlumat yayıb.
Bildirilib ki, Yasamal rayonundakı mövcud qaz xəttində aşkar olunmuş qaz sızması müvəqqəti aradan qaldırılıb.
"İşlərin yekunlaşdırılması məqsədilə sabah saat 10:00-dan etibarən qaz təchizatı dayandırılacaq.
Qaz təchizatı dayandırılan müddətdə Ə.Əhmədov, D.Bünyadzadə, M.Xiyabani, M.Mirzəyev, Kənar Dairəvi, 7-ci Alatava, General Həmidov, Ü.Əkbərov, X.Mustafayev, X.Dadaşov, Z.Kərimov, Şərifzadə küçələrinin və 2-ci Alatava qəsəbəsinin bir hissəsinin qaz təchizatında müvəqqəti fasilə yaranacaq", - məlumatda deyilir.
20:26 02.06.2025
Oxunuş sayı: 1205