“Elektroenergetika və bərpa olunan enerji” standartlaşdırma üzrə Texniki Komitənin iclası keçirilib

Azərbaycan Standartlaşdırma İnstitutu (AZSTAND) tərəfindən təsis edilən “Elektroenergetika və bərpa olunan enerji” standartlaşdırma üzrə Texniki Komitənin (AZSTAND/TK 46) növbəti iclası keçirilib.
Crossmedia.az AZSTAND-a istinadən bildirir ki, iclas zamanı AZS ISO 50003:2025 “Enerji menecment sistemləri - Enerji menecmenti sistemlərinin auditi və sertifikatlaşdırılmasını həyata keçirən qurumlar üçün tələblər” dövlət standartının layihəsi müzakirə olunub.
Bundan əlavə, yeni dövlət standart layihəsinin qəbul edilməsinin enerji menecmenti sistemlərinin effektivliyinin artırılması və enerji səmərəliliyinin yaxşılaşdırılmasında rolu vurğulanıb. Həmçinin qlobal enerji bazarında rəqabətqabiliyyətliliyin artırılması və beynəlxalq enerji standartları ilə uyğunluğunun təmin edilməsinə verdiyi töhfələr diqqətə çatdırılıb.
İclas zamanı Texniki Komitə üzvlərinin standart layihəsi ilə bağlı əlavə təklif və tövsiyələri dinlənilib. Yekunda sözügedən dövlət standartlarının qəbulu məqsədilə AZSTAND-a təqdim olunması barədə qərar qəbul edilib.
17:40 21.05.2025
Oxunuş sayı: 737