Naxçıvanın bir çox məhəlləsində qaz təchizatında fasilə yaranacaq

Naxçıvan şəhərinin bir çox məhəllələrində və küçələrində qaz təchizatında fasilə yaranacaq.
Crossmedia.az xəbər verir ki, Qoçüstü məhəlləsi və Cahan Gənclər şəhərciyini təbii qazla qidalandıran quyunun təmir edilməsi və çölə çıxarılması ilə əlaqədar qaz təchizatı Naxçıvan şəhər Əziz Əliyev küçəsi, Cahan Gənclər şəhərciyi, Xətai məhəlləsi, 11, 20, 21-ci məhəllələr, Qoçüstü, Çənlibel məhəllələri, 57 Bazar, Sabir küçəsinin bir hissəsi, Nazim Hikmət küçəsi, Su 6 qəsəbəsi, 48, 49-cu məhəllələr-Cahan Gənclər şəhərciyində 21.05.2025 tarixdə saat 14:00 dan saat 17:00 dək müvəqqəti dayandırılacaq.
Təmir işləri başa çatdıqdan sonra qaz təchizatı bərpa ediləcək.
20:22 20.05.2025
Oxunuş sayı: 499