Şimşək çaxır, leysan xarakterli yağış yağır - FAKTİKİ HAVA

Mayın 13-ü saat 18:00-a olan məlumatına əsasən, bəzi rayonlarda şimşək çaxır, arabir leysan xarakterli yağış yağır.
Bu barədə Crossmedia.az Milli Hidrometeorologiya Xidmətinə istinadən xəbər verir.
Belə ki, Şahbuz, Ordubad, Daşkəsən, Göygöl, Gəncə, Şəmkir, Naftalan, Goranboy, Tərtər, Zaqatala, Balakən, Bərdə, Mingəçevir, Şəki, Qax və Qubada yağış yağır.
Zaqatalada qərb küləyinin sürəti arabir 17 m/s-dək güclənib.
Havanın temperaturu Bakıda və Abşeron yarımadasında, eyni zamanda Naxçıvan MR-da 24, Aran rayonlarında 25, dağlıq rayonlarda 20 dərəcəyədək isti qeydə alınıb.
18:35 13.05.2025
Oxunuş sayı: 633