Bəzi çaylarda suyun səviyyəsi artıb

Avtomat hidroloji stansiyaların mayın 13-ü saat 9:00-a olan məlumatına əsasən bəzi çaylarda sululuq artıb.
Crossmedia.az bu barədə Milli Hidrometeorologiya Xidmətinə istinadən məlumat verir.
Bildirilib ki, Böyük Qafqaz ərazisindən axan Qusarçay və Qudiyalçayda 4 sm, Qarabağ və Şərqi-Zəngəzur bölgəsindən axan Bərgüşadçayda 4 sm, Kür çayının aşağı axınında Kür-Zərdabda 3 sm artım qeydə alınıb.
Böyük Qafqaz ərazisindən axan Qusarçay və Qudiyalçayda 4 sm, Qarabağ və Şərqi-Zəngəzur bölgəsindən axan Bərgüşadçayda 4 sm, Kür çayının aşağı axınında Kür-Zərdabda 3 sm artım qeydə alınıb.
09:16 13.05.2025
Oxunuş sayı: 839