Neft və qaz sektorunda əməyin mühafizəsi: BP üçün strateji prioritet

Neft və qaz sektoru digər sahələrlə müqayisədə daha yüksək risk daşıyır.
Crossmedia.az xəbər verir ki, bunu BP şirkətinin Səngəçal terminalının Sağlamlıq, Əməyin Təhlükəsizliyi və Ətraf Mühitin Mühafizəsi üzrə rəhbəri İdrak Nəzərov “Rəqəmsallaşma və süni intellektin iş yerlərinə təsiri” mövzusunda keçirilən konfransda bildirib.
Onun sözlərinə görə, BP 1992-ci ildən etibarən Azərbaycanda fəaliyyət göstərir və bu müddət ərzində əməyin mühafizəsi şirkətin strateji prioritetlərindən biridir: “Bu səbəbdən əməyin mühafizəsi bu sahədə xüsusi əhəmiyyət kəsb edir. Əməyin mühafizəsi BP üçün strateji prioritet hesab olunur və bu anlayış şirkət üçün operativ fəaliyyətin və dayanıqlılığın əsas tərkib hissəsidir".
O qeyd edib ki, BP-də əməliyyatların idarə olunması üçün xüsusi idarəetmə sistemi mövcuddur: “Bu sistem vasitəsilə gündəlik fəaliyyətlər daha keyfiyyətli şəkildə, həm yerli, həm də beynəlxalq tələblərə uyğun olaraq həyata keçirilir".
BP rəsmisi əlavə edib ki, əməyin mühafizəsi ilə bağlı prinsiplər var: “Bu prinsiplərdən birincisi əməyin mühafizəsi heç bir vaxt güzəşt vasitəsi olmayacaq. Biz bütün proseslərdə əməyin mühafizəsini ən önəmli məsələ olaraq qəbul edirik".
16:17 28.04.2025
Oxunuş sayı: 799