Rusiya- Ukrayna müharibəsi bitir?: Tramp üç günə açıqlayacağını dedi

ABŞ-nin Prezidenti Donald Tramp son günlərdə Vaşinqtonun Rusiya və Ukrayna ilə keçirdiyi görüşlərin “çox yaxşı” olduğunu bildirib. O, bu barədə yaxın üç gün ərzində daha ətraflı açıqlama verəcəyini vəd edib.
Crossmedia.az xəbər verir ki bu barədə xarici KİV yazıb.
Trampın bu bəyanatı beynəlxalq medianın diqqətini çəkib və qarşıdakı günlərdə səsləndirəcəyi açıqlamanın məzmunu maraqla gözlənilir.
Xumar Emilqızı
14:25 22.04.2025
Oxunuş sayı: 1090