Bir ailənin 4 üzvü dəm qazından zəhərlənib

Tərtər rayonunda bir ailənin 4 üzvü dəm qazından zəhərlənərək ölüb.
Crossmedia.az xəbər verir ki, hadisə rayonun məcburi köçkünlər üçün salınmış Sarov qəsəbəsində baş verib.
Qəsəbədə yaşayan əslən Kəlbəcər rayonundan olan bir ailənin 4 üzvü - Tağızadə Rüfət Mais oğlu, onun həyat yoldaşı Tağıyeva Əfsanə Fəqan qızı, onların övladları Tağızadə Ümid Rüfət oğlu və Tağızadə Sürəyya Rüfət qızı yaşadıqları evdə dəm qazından boğularaq həyatlarını itirib.
Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub, araşdırma aparılır.
12:26 21.04.2025
Oxunuş sayı: 805