Antaliya Diplomatiya Forumunun çox böyük əhəmiyyəti var - POLİTOLOQ

Türkiyənin Antalya şəhərində hər il "Antalya Diplomatiya Formu" təşkil olunur. 2021-ci ildən etibarən keçirilən bu nüfuzlu tədbirdə çoxsaylı ölkələrdən gələn dövlət adamları, siyasətçilər, diplomatlar və s. iştirak edir.
Forum, onun əhəmiyyəti barədə Crossmedia.az-a politoloq, Beynəlxalq münasibətlər və diplomatiya araşdırmaları mərkəzinin rəhbəri Samir Hümbətov açıqlama verib: “Artıq Antalya Diplomatiya Formunda oturuşmuş ənənə yaranıb. Hansı ki, beynəlxalq münasibətlər sistemində ötən il və qarşıdakı illər ərzində atılacaq addımlar, dövlətlərarası münasibətlər, habelə beynəlxalq siyasətdə baş verən hadisələr və s. müzakirə olunaraq qərarlar qəbul edilir. Sözsüz ki, burada dünyanın aparıcı dövlətlərinin rəhbərlərinin yer alması da bu Diplomatiya Formunun əhəmiyyətindən xəbər verir. Hətta ötən illərdə Rusiya və Ukrayna xarici işlər nazirləri səviyyəsində Formda iştirak etmiş, müzakirələr aparılmışdı. Bu Forumda biz adətən dövlətləri xarici işlər nazirlərinin təmsil etdiyinin şahidi oluruq. Lakin çox az hallarda, səfirlərin iştirakını, o cümlədən, xarici işlər nazirlərinin müavinlərini görə bilərik”.

Hümbətov qeyd edib ki, bu forumda da ənənəyə sadiq qalınaraq, geosiyasətdəki dəyişikliklər, istər Rusiya-Ukrayna, istərsə də digər münaqişəli durumlar, proseslər müzakirə olunacaq: “Habelə Suriyada dövlət quruculuğu sahəsində görülən işlər, Afrikada baş verən proseslərlə bağlı hər bir detalı müzakirə olunacaq. Qısacası müzakirə olunacaq mövzular kifayət qədərdir. Əsas olaraq, Yeni Dünya Nizamının hansı istiqamətdə yönələcəyi, bu konfransın özəyini təşkil edəcək”.
18:40 11.04.2025
Oxunuş sayı: 8798