ABŞ-nin planı Avropanı fəth etməkdir İDDİA

ABŞ-la Avropa arasında gərginlik getdikcə artır. Bu, hər ötən gün özünü daha aydın göstərir. Avropa və ABŞ indiyədək birlikdə Rusiyaya, İrana, Çinə qarşı mübarizə aparırdılar. İndi isə, az qala, bir - birilərinin "ətini yeyirlər".
Bu barədə Crossmedia.az-a danışan siyasi ekspert Həşim Səhrablı söyləyib ki, ABŞ-nin planı Avropanı fəth etməkdir: "Yəni birinci Avropanın idari-üsulunu öz əllərinə alacaqlar, sonra Rusiyanı Avropa təhlükəsi ilə sabitləşdirib, özləri Çinə qarşı əvvəlcə iqtisadi-siyasi, bu plan işə yaramasa, sonra hərbi müharibələr elan edəcəklər. Avropa hər nə qədər zəif durumda olsa da, Vaşinqton da bilir ki, onun resursları kifayət qədər var və bu resurslar hərbi məsələlərə səfərbər edilsə, Avropa Rusiya üçün ciddi başağrısına çevriləcək. Rusiya və Çinə eyni anda müharibə açmaq axmaqlıq olardı. Və ya ayrı-ayrı da olsa, birinə cəbhə açılanda digəri mütləq dəstək verir və ABŞ-ın qələbə ehtimalı azaldılır. İndi ABŞ Avropanı tam ram etməlidir ki, Vaşinqtonun bütün əmrlərinə tabe olacaq Avropaya "öl" deyəndə ölsün, "qal" deyəndə qalsın"".
Analitikin sözlərinə görə, Ağ Ev "bir daşla iki quş vurmaq istəyəcək": "Beləcə ABŞ özü Çini məhv etməklə məşğul ikən, Rusiyanın ən azından başını qatmaq üçün Avropanı səfərbər edəcək. Kifayət qədər riskli plandır. Uğurlu olmasalar, bu, üçüncü dünya müharibəsinin başlanğıcı ola bilər. Uğurlu olsalar belə, bu saatdan sonda ABŞ-ın Rusiya və Çinə zərbə vurması, hətta onu dünya siyasətində, dünya ağalığı məsələsində məğlub etməsi ciddi sual altındadır".
Kənan Novruzov
14:30 10.03.2025
Oxunuş sayı: 3852