KİV: Tramp Zelenski ilə görüşdən sonra Venslə fəxr etdiyini bildirib

ABŞ rəhbəri Donald Tramp vitse-prezident Ceyms Devid Vensin Ukrayna lideri Volodimir Zelenski ilə görüşündə söylədiyi fikirlərdən təsirlənib.
Crossmedia.az xarici KİV-ə istinadən xəbər verir.
Rəsmilərin dediyinə görə, Tramp tabeliyində olanlara dəfələrlə qeyd edib ki, onun keçmiş vitse-prezidenti Mayk Pens bunu etməzdi və o, Venslə fəxr edir.
Digər respublikaçılar da Vensin davranışını müsbət qiymətləndiriblər.
Eyni zamanda, vitse-prezidentin tabeliyində olan şəxslər onun görüşü pozmaq istəmədiyini, lakin danışıqlar zamanı Amerika dövlətinin başçısını dəstəkləmək istədiyini iddia ediblər.
10:15 02.03.2025
Oxunuş sayı: 3006