Bakıda və Abşeronda temperatur iqlim normasından 7.5 dərəcə aşağıdır

Bakıda və Abşeron yarımadasında müşahidə olunan temperatur iqlim normasından 7.5 dərəcə aşağıdır.
Crossmedia.az xəbər veri ki, bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat katibi İradə İbrahimova bildirib.
O qeyd edib ki, hazırda Bakıda və Abşeron yarımadasında 3 dərəcə şaxta qeydə alınır ki, bu da çoxillik iqlim normasından 7.5 dərəcə aşağıdır: "Çoxillik meteoroloji məlumatlara görə, fevral ayının iqlim norması müsbət 4,5 dərəcə təşkil edir. Azərbaycanın bəzi dağlıq rayonlarında qar örtüyünün hündürlüyü 1 metrə çatır”.
13:12 21.02.2025
Oxunuş sayı: 3087