Sabah bu ərazidə qaz olmayacaq

Sabah Bakının Binəqədi rayonu, Biləcəri qəsəbəsinin bir küçəsində qaz təchizatı müvəqqəti dayandırılacaq.
Bu barədə Crossmedia.az Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyinə istinadən xəbər verir.
Bildirilib ki, Biləcəri qəsəbəsi, N. Asimzadə küçəsində yeni çəkilmiş qaz xətlərinin mövcud şəbəkəyə qoşulması məqsədilə fevralın 18-də saat 10:00-dan etibarən qaz təchizatı müvəqqəti dayandırılacaq.
17:22 17.02.2025
Oxunuş sayı: 4820