Qızıl və gümüş bahalaşıb

Nyu-Yorkun COMEX əmtəə birjasında qızılın bir troya unsiyası üzrə aprel fyuçerslərinin qiyməti 0,36% artaraq 2 955,9 ABŞ dollarına bərabər olub.
Crossmedia.az əmtəə birjasının məlumatlarına istinadən xəbər verir ki, COMEX-də gümüşün bir unsiyası üzrə mart fyuçerslərinin qiyməti də 1,68% artaraq 33,28 ABŞ dollarına bərabər olub.
09:32 14.02.2025
Oxunuş sayı: 3034