İcbari tibbi sığorta ötən illə bağlı statistika açıqladı

Keçən il icbari tibbi sığorta ilə aorta anevrizmalarının protezləşdirilməsi ilə bağlı 256 əməliyyat icra olunub.
Crossmedia.az xəbər verir ki, bu barədə İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyindən məlumat verilib.
Qeyd olunub ki, onlardan 143-ü abdominal aortaya digər qreftin endovaskulyar implantasiyası (EVAR) və torakal aortaya qreftin endovaskulyar implantasiyası (TEVAR) adlanan qapalı üsullarla icra olunub, 113 əməliyyat isə aortal qapağın açıq və digər yolla toxuma qrefti ilə dəyişdirilməsi ilə bağlı olub.
10:19 10.02.2025
Oxunuş sayı: 4127