Vüqar Qurbanov qətərli həmkarı Mənsur Abdulla Əl-Sulaitin ilə görüşüb

Azərbaycanın Los-Ancelesdəki baş konsulu Vüqar Qurbanov qətərli
həmkarı Mənsur Abdulla Əl-Sulaitin ilə görüşüb.
Crossmedia.az xəbər verir ki, bu barədə Azərbaycanın Kaliforniya ştatındakı diplomatik nümayəndəliyinin mətbuat xidməti bildirib.
“Qətərin Los-Ancelesdəki baş konsulu Zati-aliləri cənab Mənsur Abdulla Əl-Sulaitinə səmimi qəbul və səmərəli müzakirəyə görə təşəkkür edirəm. Azərbaycan və Qətər arasındakı dostluq və əməkdaşlıqdan ilhamlanaraq birgə işləməyi səbirsizliklə gözləyirəm”, – diplomatik missiyanın sosial şəbəkə hesabında qeyd olunub.
Xatırladaq ki, daha əvvəl Qurbanov səudiyyəli həmkarı Bəndər
Əlzaid ilə görüşmüşdü.
05:10 08.02.2025
Oxunuş sayı: 4145