Sabah duman olacaq, külək güclənəcək

Bakıda və Abşeron yarımadasında fevrlın 4-də hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.
Crossmedia.az Milli Hidrometeorologiya Xidmətinə istinadən xəbər verir ki, gecə və səhər bəzi yerlərdə arabir duman olacaq.
Mülayim cənub-qərb küləyi gündüz arabir güclənəcək. Havanın temperaturu gecə 4-7° isti, gündüz 8-13° isti olacaq. Atmosfer təzyiqi 764 mm civə sütunundan 760 mm civə sütununa enəcək. Nisbi rütubət 70-80 % olacaq.
Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyi gözlənilir. Bəzi yerlərdə arabir duman olacaq. Qərb küləyi bəzi şərq rayonlarında arabir güclənəcək.
Havanın temperaturu gecə 1° şaxtadan 4°-dək isti, gündüz 10-15° isti, dağlarda gecə 6-11° şaxta, gündüz 3-8° isti olacaq.
12:44 03.02.2025
Oxunuş sayı: 3911