Dumanda görünüş 500 metrədək məhdudlaşıb

- Saat 9:00-a olan məlumata əsasən ölkə ərazisində hava şəraiti əsasən yağmursuz keçib.
- Crossmedia.az xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.
- Naftalan, Qusar, Yevlax, Biləsuvar, Şəmkir, Qobustan, Göyçay, Zərdab, İmişli, Sabirabad, Neftçalada duman müşahidə olunub. Dumanda görünüş 200-500 metrədək məhdudlaşıb.
- Havanın minimal temperaturu Bakıda və Abşeron yarımadasında 6, Aran rayonlarında 2 dərəcə şaxtadan 2 dərəcəyədək isti, Naxçıvan MR-da və dağlıq rayonlarda 8 dərəcəyədək şaxta qeydə alınıb.
09:10 30.01.2025
Oxunuş sayı: 3759