“Fəvvarələr” meydanındakı qanunsuz tikili sökülür

- Dövlət Şəhərsalma və Arxitektura Komitəsi yanında Bakı Şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsi Bakının Səbail rayonunun Əhməd Cavad küçəsindəki (“Fəvvarələr” meydanı) qanunsuz tikilinin sökülməsinə və sakinlərin gediş-gəlişinə yaradılan maneənin aradan qaldırılmasına başlayıb.
- Crossmedia.az bu barədə Komitəyə istinadən xəbər verir.
- Məlumata görə, ərazidə yerləşən “Fontana” restoranına bitişik sahədə işbazların əlavə artırma işləri aparması ikinci belə özbaşınalıqdır.
- “Belə ki, ötən ilin martında Baş İdarənin şəhərsalma nəzarəti qaydasında keçirdiyi monitorinq nəticəsində oxşar faktla bağlı qanunsuzluğun qarşısı alınıb. Buna baxmayaraq, restoran sahibləri bu il ərazidə yenidən özbaşına tikinti-quraşdırma işləri aparıblar. Mövcud qanunvericiliyə əsasən, ticarət və xidmət obyektlərinin fəaliyyətinə icazə verilməsi yerli icra hakimiyyəti orqanlarının səlahiyyətindədir. Sözügedən tikinti işləri Komitə ilə razılaşdırılmadığından söküntüsü müvafiq qaydada təmin edilir”,- deyə məlumatda qeyd edilib.
13:05 27.01.2025
Oxunuş sayı: 4004