Nigeriyada yanacaq tankeri partladı: 15 nəfər həlak olub

- Nigeriyanın Enugu əyalətində yanacaq daşıyan tanker partlayıb. Hadisə nəticəsində 15 nəfər həyatını itirib.
- Crossmedia.az xarici KİV-ə istinadən xəbər verir ki, Enugu əyalətinin Udi qəsəbəsində baş verən partlayışın səbəbi hələlik məlum deyil.
- Hadisə zamanı 3 uşaq da daxil olmaqla 15 nəfərin həlak olduğu, çox sayda insanın yaralandığı bildirilib.
- Fidan Hacızadə
13:37 26.01.2025
Oxunuş sayı: 3559