Yunanıstanda prezident seçkiləri ikinci tura qaldı

Yunanıstanda Prezident seçkilərinin birinci turunda namizədlərdən heç biri yetərli səs toplaya bilmədiyi üçün seçkilər ikinci tura qalıb.
Crossmedia.az xarici KİV-ə istinadən xəbər verir ki, Yunanıstan Parlamentində, mart ayında səlahiyyət müddəti başa çatacaq Prezident Katerina Sakelaropulunun yerinə yeni namizədi müəyyən etmək üçün seçki keçirilib. Seçkidə iqtidar partiyası Yeni Demokratiyanın namizədi Kostantinos Tasulas, ana müxalifət partiyası PASOK-un namizədi Tasos Yaniçis, SYRIZA-nın namizədi Luka Kaçeli və Qələbə Partiyasının namizədi Kostas Kiryaku iştirak edib.
300 yerlik parlamentdə 297 millət vəkili səs verib. Tasulas 160 səslə birinci olub, Kaçeli 40, Yaniçis 34, Kiryaku isə 14 səs qazanıb. 49 millət vəkili isə bitərəf qalıb. Heç bir namizəd birinci turda tələb olunan 200 səsi toplaya bilmədiyi üçün seçkilər ikinci tura keçirilib. İkinci tur seçkilər 31 yanvar tarixində baş tutacaq.
Fidan Hacızadə
14:18 26.01.2025
Oxunuş sayı: 3541