İstanbulda zəncirvari qəza: 1 ölü, 9 yaralı

Türkiyənin İstanbul şəhərində zəncirvari yol qəzası baş verib.
Crossmedia.az xəbər verir ki, hadisə barədə məlumatı Türkiyə mediası yayıb.
Bildirilib ki, qəza İstanbulun Esenler ərazisində baş verib. Motosiklet, mikroavtobus və üç avtomobilin iştirakı ilə baş verən qəza nəticəsində 1 nəfər həyatını itirib, 9 nəfər isə yaralanıb.
Hadisə yerinə təcili tibbi yardım və polis əməkdaşları cəlb olunub.
Yaralılar xəstəxanaya yerləşdirilib. Faktla bağlı araşdırma aparılır.
Nihat Tahirov
14:24 26.01.2025
Oxunuş sayı: 3210