13° şaxta olub - Faktiki hava

Azərbaycanda yanvarın 26-sı saat 10:00-a olan faktiki hava açıqlanıb.
Crossmedia.az xəbər verir ki, Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata əsasən, ölkə ərazisində hava şəraiti bəzi şərq rayonlarında arabir yağıntılı olub.
Belə ki, düşən yağıntının miqdarı Lənkəranda 3, Biləsuvar, Cəlilabad, Astarada 1 mm-dək olub.
Sumqayıt, Culfa, Gəncə, Şəmkir, Şamaxı, Qobustan, Quba, Qusar, Xaltan, Tərtər, Yevlax, Göyçay, Sabirabad, Cəfərxan, Lerikdə duman müşahidə olunub. Dumanda görünüş 200-500 metrədək məhdudlaşıb.
Havanın minimal temperaturu Bakıda və Abşeron yarımadasında 7, Aran rayonlarında 8 dərəcəyədək isti, Naxçıvan MR və dağlıq rayonlarda 5, yüksək dağlıq ərazilərdə isə 13 dərəcəyədək şaxta qeydə alınıb.
10:46 26.01.2025
Oxunuş sayı: 3812