Rusiya yol ayrıcında: ya müharibəni dayandırmalı, ya da iqtisadiyyatı çökməlidir

Kremlin Rusiyanın iqtisadi sabitliyi ilə bağlı yaranan təsəvvürlərdən getdikcə daha çox narahat olduğu müşahidə edilir.
Crossmedia.az xəbər verir ki, bu barədə xarici KİV yazıb.
“Kremlin daxilindəki düşüncələrdən xəbərdar olan iki mənbə bildirib ki, Rusiya elitası arasında müharibənin danışıqlar yolu ilə bitməsinin iqtisadi problemlərin həlli üçün açar olduğuna inanan bir qrup mövcuddur. Bir mənbə iddia edir ki, Rusiya Prezidenti Vladimir Putin müharibənin ölkə iqtisadiyyatına yaratdığı təzyiqləri anlayır və Ukraynada özünün əsas müharibə hədəflərinə çatdığı qənaətindədir. Bu hədəflərə Krımı Rusiyaya birləşdirmək, Ukraynanın cənubunda torpaqları ələ keçirmək və Ukrayna ordusunu zəiflətmək daxildir. Lakin mənbə, Putinin müharibəni bitirməyə nə dərəcədə hazır olması barədə şərh verməyib”, - məlumatda qeyd olunub.
Nabat Fərzəliyeva
10:32 26.01.2025
Oxunuş sayı: 3059