Maka Boçorişvili Ermənistana səfər edəcək

Gürcüstan Xarici İşlər naziri Maka Boçorişvili Tbilisidəki Ermənistan səfiri Aşot Smbatyan ilə görüş keçirib.
Crossmedia.az xarici mətbuata istinadla xəbər verir ki, bu barədə Gürcüstan XİN-in mətbuat xidməti məlumat yayıb.
Qeyd edək ki, tərəflər görüşdə Tbilisi və İrəvan arasında əməkdaşlıq məsələlərini müzakirə ediblər.
Məlumatda həmçinin, yanvarın sonunda Gürcüstan XİN başçısınıb Ermənistana səfər edəcəyi vurğulanıb. Eyni zamanda, XİN-dən gələn həftə Gürcüstan-Ermənistan Hökumətlərarası Komissiyasının iclasının keçiriləcəyi bildirilib.
Nəzrin Salmanova
21:29 25.01.2025
Oxunuş sayı: 66638