Taliban dövründən sonra Almaniyanın ikinci deportasiya addımı

Taliban dövründən sonra Almaniyanın ikinci deportasiya addımı
Almaniya hökuməti fevralın 23-də keçiriləcək növbədənkənar seçkilərdən əvvəl Əfqanıstanlı miqrantların daha bir qrupunu təyyarə ilə vətənlərinə göndərməyi planlaşdırır.
Crossmedia.az Tagesschau-ya istinadən xəbər verir ki, ölkənin Daxili İşlər Nazirliyi növbəti deportasiyanın seçkilərlə əlaqəli olmadığını açıqlayıb.
Bildirilib ki, məqsəd cinayətkarları və təhlükəli şəxsləri ölkədən çıxarmaqdır.
Qeyd edək ki, bu, Taliban rejiminin ötən ilin avqustunda hakimiyyəti ələ almasından sonra həyata keçirilən ikinci deportasiya olacaq. Avqustun sonunda Almaniya ilk dəfə bu ölkədən olan miqrantları deportasiya edərək ağır cinayətlərdə məhkum olunmuş 28 nəfəri vətənlərinə göndərmişdi.
Bundan əvvəl isə ölkədən suriyalıların çıxarılması prosesi həyata keçirilmişdi.
Maral Şahverdili
20:32 25.01.2025
Oxunuş sayı: 3799