Neftin ucuzlaşması Azərbaycan iqtisadiyyatına necə təsir edəcək: “Apreldən etibarən...”

Dünya neft bazarlarında qiymət dəyişiklikləri, yalnız iqtisadiyyatlardakı makroiqtisadi göstəricilər üçün deyil, həm də dövlət büdcələrinin tərtib edilməsində mühüm rol oynayır. Azərbaycan üçün xüsusilə əhəmiyyətli olan “Azeri Light” markalı neftin qiymətindəki dəyişikliklər, ölkənin iqtisadi vəziyyətinə və büdcə proqnozlarına birbaşa təsir göstərir.
Dünya bazarında "Azeri Light" markalı Azərbaycan neftinin 1 barelinin qiyməti 0,76 ABŞ dolları, yaxud 0,93 % azalaraq 81,23 ABŞ dolları təşkil edib.
Hərracların nəticələrinə görə, “Brent” markalı neftin mart fyuçerslərinin qiyməti 78,20 ABŞ dolları təşkil edib.
Azərbaycanın builki dövlət büdcəsində bir barel neftin orta qiyməti 70 ABŞ dollarından hesablanıb.
Dünya bazarında neftin qiymətinin düşməsi Azərbaycanda qiymətlərə təsiri barədə iqtisadçı İlham Şaban Crossmedia.az-a açıqlama verib.
Onun sözlərinə görə, neftin gündəlik azalması və artımının ölkənin iqtisadi vəziyyətinə hansısa nəticə olmur:
“Təsir özünü rüblük orta qiymətlərin dövlət büdcəsində proqnoz edilən neft qiymətlərindən az və ya çox olması zamanı göstərir. Bu baxımdan da neft qiymətlərinin Azərbaycan iqtisadiyyatına təsirləri haqda fikirləri cari ilin aprelində söyləmək olar”.
Fidan Hacızadə
15:17 24.01.2025
Oxunuş sayı: 7147