SOCAR ABŞ şirkəti ilə enerji sektorunda yeni əməkdaşlıq imkanlarını araşdırır

- Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) ABŞ-ın “OliverWyman Group” şirkəti ilə enerji sektoru üçün innovativ həllərə diqqət yetirərək yeni əməkdaşlıq imkanlarını araşdırıb.
- Crossmedia.az xəbər verir ki, bunu SOCAR prezidenti Rövşən Nəcəf özünün “X” sosial şəbəkəsindəki hesabında yazıb.
- O, ABŞ-ın “Oliver Wyman Group” şirkətinin prezidenti və Baş icraçı direktoru Nik Stader (Nick Studer) ilə görüşüb.
- “Aşağı karbonlu texnologiyalar və rəqəmsal transformasiya sahəsində irəliləyişlər daxil olmaqla dayanıqlı inkişafın təmin edilməsi üçün SOCAR-ın hazırkı təşəbbüslərini müzakirə etdik”, - deyə R.Nəcəf qeyd edib.
- Qeyd edək ki, “OliverWyman Group” – idarəetmə və məsləhət xidmətləri göstərən 40 ildən artıq təcrübəyə malik olan dünyanın ən məşhur konsaltinq şirkətlərindən biridir. 1984-cü ildə ABŞ-da yaradılan və baş ofisi Nyu-Yorkda yerləşən konsaltinq şirkətinin bütün dünyada 60 ofisi və təqribən 6-7 min əməkdaşı var. “OliverWyman Group”un ofisləri əsasən Avropa, Şimali Amerika, Yaxın Şərq və Asiya bölgəsində yerləşir.
09:35 24.01.2025
Oxunuş sayı: 4341