Yağıntılı hava müşahidə olunub

- Faktiki hava açıqlanıb.
- Crossmedia.az xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.
- Bildirilib ki, yanvarın 24-ü saat 9:00-a olan məlumatına əsasən hava şəraiti ölkə ərazisinin bəzi yerlərində arabir yağıntılı olub.
- Belə ki düşən yağıntının miqdarı Şamaxıda 4, Qobustan, Altıağac, İsmayıllıda 3, Şəki, Oğuz, Şahbuz, Gəncə, Bərdə, Mingəçevir, Yevlax, Göyçay, Kürdəmir, Sabirabad, Neftçala, Qəbələdə 2 mm-dir.
- Göyçay, Yevlax, Lerik, Şəmkir, Oğuz, Şamaxı, Qax, Şəki, Qobustanda duman müşahidə olunub.
- Havanın minimal temperaturu Bakıda və Abşeron yarımadasında 5, Aran rayonlarında 4 dərəcəyədək isti, Naxçıvan MR və dağlıq rayonlarda 7 dərəcəyədək şaxta qeydə alınıb.
09:28 24.01.2025
Oxunuş sayı: 4231