Mərkəzi Elmi Kitabxana gəncləri “MEK könüllüləri” proqramına dəvət edir
Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Mərkəzi Elmi Kitabxanası (MEK) kitabxana işi sahəsində praktiki təcrübə qazanmaq, peşəkar bacarıqlarını inkişaf etdirmək və elmi mühitdə fəaliyyət göstərmək istəyən gənclər üçün “MEK könüllüləri” proqramına yeni qəbul elan edir.
Crossmedia.az xəbər verir ki, proqrama kitabxana işi ilə maraqlanan, yeni bilik və təcrübə əldə etmək istəyən, məsuliyyətli, intizamlı, ünsiyyətcil və komandada işləmək bacarığına malik 18–35 yaş arası gənclər müraciət edə bilərlər.
Üç ay müddətində könüllülər MEK-in fəaliyyət istiqamətləri ilə yaxından tanış olacaq, real iş mühitində praktiki təcrübə qazanacaq və müxtəlif təlimlərdə iştirak edəcəklər. Proqram çərçivəsində iştirakçılar kitabxananın ənənəvi və elektron xidmətləri, oxuculara xidmət, tədbirlərin təşkili, rəqəmsal resurslardan istifadə, sosial media fəaliyyəti və digər istiqamətlər üzrə praktiki fəaliyyətə cəlb olunacaqlar.
Könüllülük fəaliyyətini uğurla başa vuran iştirakçılara sertifikat, fəaliyyəti ilə fərqlənən könüllülərə isə tövsiyə məktubu təqdim ediləcək.
Namizədlərin seçimi CV-lərin qiymətləndirilməsi və müsahibə mərhələləri əsasında həyata keçiriləcək.
Proqramda iştirak etmək istəyən şəxslər 1 oktyabr 2026-cı il tarixinədək CV-lərini [email protected] elektron poçt ünvanına göndərə bilərlər.
Elanda qeyd olunan şərtlər və müraciət qaydaları barədə ətraflı məlumatı aşağıdakı keçid vasitəsilə əldə etmək mümkündür:
https://docs.google.com/document/d/1lld-39sfSrWW435oa-zSUsxSkVBP2BZn/edit?usp=sharing&ouid=105721906994897907127&rtpof=true&sd=true.
Əlaqə telefonu: (+994 12) 539 73 65
Qeyd edək ki, “MEK könüllüləri” proqramının fəaliyyəti və keçirilən tədbirlər barədə məlumatlar proqramın rəsmi sosial media hesablarında təqdim olunur: Facebook: AMEA MEK könüllü və Instagram: amea_mek.konullu
11:08 02.09.2026
Oxunuş sayı: 83