Bu həftə bürcləri nə gözləyir?
Bu həftə ərzində səmada baş verən astroloji proseslər bəzi bürclərin emosional vəziyyətinə və şəxsi həyatına təsir göstərə bilər. Xüsusilə həftənin ilk günlərində daha impulsiv qərarların verilməsi ehtimalı diqqət çəkir. Həftənin ikinci yarısından etibarən isə vəziyyətin nisbətən sabitləşəcəyi və insanların daha təmkinli davranacağı gözlənilir. Balıqlar və Qız bürcləri üçün isə emosional dalğalanmaların və münasibətlərdə müəyyən gərginliklərin yaşanması mümkündür.
Crossmedia.az- a açıqlama verən astroloq Nərmin Zeynalova bildirib ki, bu həftə ərzində səmada nisbətən sakitlik hökm sürür. Son zamanlar Balıqlar bürcündə baş verən dolunayın təsiri altında insanlar bir qədər emosional ola bilərlər:
"Hal-hazırda Ay, Qoç bürcündə olduğu üçün həftənin birinci yarısı — təxminən birinci, ikinci, maksimum üçüncü günə qədər — daha həyəcanlı və çılğın keçə bilər. Bu günlərdə düşünülməmiş qərarların verilməsi ehtimalı var. Lakin həftənin ikinci yarısından etibarən insanlar nisbətən daha təmkinli, məntiqli və düşünülmüş addımlar atacaqlar. Bu vəziyyət ümumilikdə bütün bürclərə aiddir.
Həm Günəş, həm də Merkuri Qız bürcündə yerləşdiyi üçün önümüzdəki bir-iki həftə ərzində məntiqimiz daha yaxşı işləyəcək. Balıqlar bürcü: Bu həftə ərzində emosiyaları daha qeyri-stabil ola bilər.
Qız bürcü: Adətən təmkinli olmalarına baxmayaraq, bu ərəfədə emosional dalğalanmalar yaşaya bilərlər.
Bundan əlavə, səmada Ay ilə Venera arasında qarşıdurma (oppozisiya) müşahidə olunduğu üçün xüsusilə Balıqlar və Qız bürclərinin şəxsi həyatlarında müəyyən gərginliklərin yaşanması, tərəfdaşları ilə münaqişə ehtimalları var.
Ümumilikdə vəziyyət belədir. Bu həftənin ən cazibədar bürcü isə hələ ki Tərəzi bürcüdür.”
Zeynəb Həsən
18:45 31.08.2026
Oxunuş sayı: 51