Braziliyalı bloqerdən Azərbaycana sürpriz jest
Populyar braziliyalı bloqer və kommunal xidmət əməkdaşı Luis Fernando Sançes “Instagram” səhifəsində Azərbaycana həsr olunmuş video paylaşıb.
Crossmedia.az xəbər verir ki, videoda Azərbaycan və Braziliya bayraqları yer alıb.
Bloqer iş zamanı Azərbaycan musiqisinin sədaları altında çəkilib.
Luis Fernando Sançes zibil toplama prosesini əyləncəli şouya çevirən qeyri-adi videoları ilə tanınır. O, paylaşımlarında rəqs edir, müxtəlif hərəkətlər nümayiş etdirir və fərqli obrazlara girir. Onun bəzi videoları on milyonlarla baxış toplayır.
Braziliyalı bloqerin “Instagram” səhifəsini təxminən 1,2 milyon nəfər izləyir.
20:47 27.08.2026
Oxunuş sayı: 53