Odessada “Azərbaycan” parkında iməcilik keçirilib
Ukraynanın Müstəqillik Günü münasibətilə Odessada fəaliyyət göstərən "Birlik" Odessa azərbaycanlıları diaspor təşkilatının təşəbbüsü ilə “Azərbaycan” parkında iməcilik keçirilib.
Crossmedia.az xəbər verir ki, İməcilik zamanı parkın ərazisində abadlıq və təmizlik işləri aparılıb, yaşıllıqlara qulluq göstərilib, ətraf ərazi səliqəyə salınıb.
İştirakçılar Azərbaycan və Ukrayna xalqları arasında dostluq münasibətlərinin, qarşılıqlı hörmət və həmrəyliyin əhəmiyyətini vurğulayıblar.
Tədbir həmrəylik və birlik nümayiş etdirib, Ukraynanın Müstəqillik Günü münasibətilə icma üzvlərinin həmrəyliyini ortaya qoyub.
22:47 26.08.2026
Oxunuş sayı: 15